London Kiyevin Rusiya ərazisini Britaniya silahları ilə vuracağı ilə hədələdiyi təqdirdə, Rusiyanın Ukraynadakı və onun hüdudlarından kənarda yerləşən Britaniya obyektlərinə zərbələr endirmək hüququ var.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova TASS-a bildirib.
“Əgər belə bir ssenari reallaşarsa, o zaman ölkəmiz, Rusiya Federasiyası buna uyğun cavab vermək, yəni həm Ukrayna ərazisində, həm də onun hüdudlarından kənarda yerləşən Britaniya obyektlərini – hərbi obyektləri, silahları hədəf kimi vurmaq hüququnu özündə saxlayır”, - deyə rusiyalı diplomat qeyd edib.
visiontv.az