Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb
25.04.2024

Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb.

Bunu Şimali Kipr Türk  Respublikasının Hüquq, siyasi işlər və xarici əlaqələr komitəsinin sədri Yasemi Öztürk aprelin 25-də Bakıda keçirilən Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin birinci iclasında səsləndirib.

Şimali Kipr Türk Respublikasının TDT-yə müşahidəçi qismində üzv qəbul edilməsi bizi çox sevindirir.

Azərbaycan və Şimali Kipr arasındakı əlaqələrdən danışan parlamentari iki ölkənin dövlət rəhbərlərinin görüşlərini qeyd edib. O bildirib ki, qədim tarixi bağlar, ortaq dəyərlər ölkələrimizi bir-birinə daha çox bağlayır.

“Biz haqlı mübarizəmizi davam etdirəcəyik. İstəyirik ki, müstəqilliyimizi tanısınlar. Bu, yalnız Şimali Kiprin deyil, bütün Türk dünyasının mübarizəsidir”, - deyə Yasemi Öztürk vurğulayıb.

visiontv.az