Xəzərdə HDQ və FHN-in birgə taktiki təlimi keçirilir
24.04.2024

Aprelin 24-də Xəzər dənizinin ərazi sularında Hərbi Dəniz Qüvvələri (HDQ) ilə Fövqəladə Hallar Nazirliyinin (FHN) "Dalğa-2024" birgə taktiki təlimi keçirilir.

 Bu barədə MN-dən bildirilib.  Xəbərə görə, HDQ və  FHN şəxsi heyət  və vasitələrinin cəlb edildiyi təlimin məqsədi birgə fəaliyyətlərin təşkili və icrası, eləcə də bölmələrin idarə edilməsi üzrə komandirlərin və qərargahların bacarıqlarının təkmilləşdirilməsidir.

visiontv.az