Xameneyinin müşaviri sağ olduğunu təsdiqlədi
22.06.2025

İyunun 13-də İsrailin hücumunda yaralanan İranın ali rəhbəri Əli Xameneyinin müşaviri Əli Şəmxani yaşadığını açıqlayıb. Əli Şəmxaninin səhhətinin yaxşı olduğu bildirilib.

O, İranın ali rəhbəri və xalqına ünvanladığı mesajında “qələbənin parlaq gününün yaxınlaşdığını” vurğulayıb.

“İranın adı tarixdə həmişə parlayacaq, öldürülənlərin təbəssümü sabahımızın güzgüsü olacaq”, - deyə, Şəmxaninin mesajında qeyd olunub.

visiontv.az