Urmu gölü barədə son məlumat açıqlandı
02.05.2024

Mövsümi yağıntılardan sonra hazırda Urmiya gölünün sahəsi 1790 kvadrat kilometrə, su həcmi isə 2 milyard 34 milyon kubmetrə çatıb.

Bu barədə "Mehr" xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, cari ildə Qərbi Azərbaycan əyalətinin bəndlərindən Urmiya gölünə 446 milyon kubmetr su buraxılıb.

Qeyd edək ki, Urmu gölünün minimum ekoloji su həcmi 15 milyard kubmetr, maksimum ekoloji su həcmi isə 30 milyard kubmetr, minimum ekoloji sahəsi isə 4635 kvadrat kilometr olmalıdır.

visiontv.az