Türkiyədə yeni Nazirlər Kabineti ilk dəfə toplandı
Türkiyədə yeni Nazirlər Kabineti ilk dəfə toplandı
06.06.2023 MEDİA Tərəfindən

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mayın 28-də yenidən prezident seçilməsindən sonra elan etdiyi yeni kabinet ilk iclasını keçirir.

Visiontv.az TRT Haber-ə istinadən xəbər verir ki, Anıtkabir ziyarətindən sonra prezident Ərdoğanın sədrliyi ilə Prezident İqamətgahında Nazirlər Kabinetinin ilk iclası keçirilir.

Saat yerli vaxtla 15.10-da başlayan iclasda zəlzələ bölgəsində görüləcək işlər, iqtisadiyyatda atılacaq addımlar və cızılacaq yol xəritəsi, terrorla mübarizə və sərhəd təhlükəsizliyi məsələlərinin gündəliyin prioritet məsələləri olması gözlənilir. 

Yeni Cumhurbaşkanlığı Kabinesi ilk kez toplandı

İlahə Əliyeva