Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin növbəti iclası Türkiyədə keçiriləcək
25.04.2024

Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin növbəti iclası Türkiyədə keçiriləcək.

 Bunu Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Bakıda səfərdə olan Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasından sonra birgə mətbuat konfransında deyib:

“Bu gün biz çox əhəmiyyətli hadisəni yaşayırıq. Bir müddət bundan öncə Prezident İlham Əliyevin Fuat Oktayla görüşü zamanı səsləndirdiyi fikir reallaşdır. Onlar qeyd etmişdilər ki, Türkdilli ölkələrin parlamentlərinin bir araya gəlməsi vacibdir. Bu gün Türk dünyası fenomeni dünya siyasətinə ciddi təsir göstərməyə başlayıb. Belə bir toplantının keçirilməsi vacibdir. Heç də təsadüfi deyil ki, Prezident İlham Əliyev andiçmə mərasimində bizim bir ailəmiz var demişdi. Bizim bu gün keçirdiyimiz ilk iclas yalnız ilkin fikirlərin hansısa formada gündəmə gətirilməsidir”, - o deyib.

visiontv.az