Edə bilər:
- Tramp Putinlə razılaşma çərçivəsində münaqişəni dondurmasına nail ola bilər.
- Tramp ABŞ-ın Ukraynaya hərbi yardımını tamamilə dayandıra bilər.
- Tramp müəyyən müddətə Ukraynanın NATO-ya üzvlüyə doğru yolunu kəsə bilər.
-Tramp Putinlə birlikdə Ukraynada gələcəkdə yumşaq Gürcüstan ssenarisini həyata keçirməyə kömək edə bilər. Yəni hakimiyyətdə ruslara nisbətən loyal qüvvənin gəlməsi nəzərdə tutulur. Lakin seçkilərdə həlledici söz Ukrayna xalqına məxsusdur.
* Ona görə hal-hazırda diplomatik danışıqların əsas mövzularından biri Ukraynada prezident seçkiıərin keçirilməsidir.
Edə bilməz:
- Tramp Rusiyaya qarşı bütün sanksiyaları birdən ləğv edə bilməz.
- Tramp Ukraynanın Avropa İttifaqına üzvlük prosesini dondura bilməz.
- Tramp Ukraynanı Belarusa çevirə bilməz, çünki Ukrayna 3 illik müharibə ərzində müttəfiqlərinin köməyi ilə öz dövlətçiliyini qoruya bilib.
- Tramp Avropanın Ukraynaya hərbi yardımını dayandıra bilməz.
- Tramp Avropanın Ukraynada gələcəyin müdafiə-sənaye kompleksini qurmasına mane ola bilməz.
- Tramp Rusiyanın itirilmiş neft və qaz bazarlarını, xüsusilə Avropadakı bazarlarını geri qaytara bilməz.
- Tramp Finlandiya və İsveçin NATO-ya üzv olmasını ləğv edə bilməz.
- Tramp Rusiyanın Suriyadakı məğlubiyyətini və Mərkəzi Asiya və digər regionlarda təsirini itirməsini geri ala bilməz. Artıq bu yerlər başqaları tərəfindən tutulub.
Kamran Cəfərov
Visiontv.az