Təhsil İnstitutunun direktoru vəzifəsi Elnur Əliyevə həvalə olunub
27.09.2023

Təhsil İnstitutuna yeni direktor təyin edilib.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, Təhsil İnstitutunun direktoru vəzifəsi Elnur Əliyevə həvalə edilib.

Qeyd edək ki, Elnur Əliyev Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri vəzifəsində də çalışır.

Xatırladaq ki, bir müddət əvvəl Təhsil İnstitutunun keçmiş direktoru Rüfət Əzizov Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib.