Təbrizdə "Qadın Əsərləri Kitab Evi" açılıb
23.04.2024

Təbrizdə mədəni fəallar tərəfindən təsis edilən Qadın Əsərləri Kitab Evinin açılış mərasimi keçirilib.

Qadın Əsərləri Kitab Evi İran Azərbaycanında fəaliyyət göstərən El Bilimi müəssisəsinin təşəbbüsü və mədəni fəalların dəstəyi ilə El Bilimi müəssisəsinin Təbrizdəki mərkəzi binasında təsis edilib.

Elbilimi Telegram kanalında yayılan məlumata görə, “kitab evi bir qrup mədəni fəal, o cümlədən qadın yazarlar və tərcüməçilər tərəfindən hədiyə edilən türk və fars dillərində təqribən 650 kitabla fəaliyyətə başlayıb.”

Açılış mərasimi Fəranək Fərid, Rüqəyyə Kəbiri, Əlirza Sərrafi, Ulduz Sadiq, Zəkiyə Zülfiqari, Həsən Muradi, Mərcan Mənafzadə və Ziba Mənuçehri kimi yazarlar və mədəni fəalların iştirakı ilə keçirilib.

Elbilimi Telegram kanalında El Bilimi müəssisənin nümayəndəsi Əlirza Sərrafinin kitab evi ilə bağlı açıqlamalarını göstərən bir bideo yayılıb. Əlirza Sərrafi qadın yaradıcıların əsərlərinə həsr edilən kitab evinin fəaliyyətinə davam etdikcə böyüyəcəyini ifadə edib.

Cənab Sərrafinin dediklərinə görə, kitab evinin yaradılmasının ideyası İstanbul şəhərində fəaliyyət göstərən Qadın Əsərləri Kitabxasından ilham alaraq ortaya çıxıb.

visiontv.az