Şuşada TDT dövlət başçılarının qeyri-rəsmi Zirvə Görüşünün Qarabağ Bəyannaməsi imzalanıb
06.07.2024

İyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə Görüşünün Qarabağ Bəyannaməsinin imzalanması mərasimi olub.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bəyannaməni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz və Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar imzalayıblar.