Sülh müqaviləsi bağlanmasa, bundan gərginlik üçün istifadə edən tərəf Rusiya və Fransa olacaq
Sülh müqaviləsi bağlanmasa, bundan gərginlik üçün istifadə edən tərəf Rusiya və Fransa olacaq
12.07.2024 Məhəmməd Əsədullazadə Tərəfindən

Rusiya Ermənistanın NATO sammitində iştirakına sərt mövqe bildirməsi, ikitərəfli siyasi əlaqələrin getdikcə dərin böhrana yuvarlanması ilə nəticələnir. Ermənistan hakimiyyətinin avrointeqrasiya siyasəti, ABŞ -la müdafiə- hərbi əlaqələri inkişaf etdirməsi, iki ənənəvi müttəfiqi- İran və Rusiyada çaşqınlıq yaratmağa başlayıb. Məhz bu iki ölkə Ermənistanın Azərbaycana qarşı işğalına uzun illər dəstək verməklə, Cənubi Qafqazda geosiyasi vəziyyətin dəyişməsinə imkan verməyiblər.

Artıq yeni geosiyasi reallıqlar yaranıb, Türkiyə və ABŞ kordinasiyalı olaraq Cənubi Qafqazda sülhün əldə edilməsinə, nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası istiqamətində intensiv iş aparırlar. Məhz Azərbaycan və Ermənistanla aparılan danışıqlar nəticəsində ciddi irəliləyişlər əldə edilib.

Rusiya Cənubi Qafqazda müsbət dinamikanı Ermənistanın Baş naziri Nikol Paşayanın anti-Rusiya siyasətində görürür və onu cəzalandırmaq üçün müəyyən bir rıçaqlara əl ata bilər. Xüsusilə, Ermənistanın kənd təsərrüfatı məhsullarının Rusiyaya idxalı dayandırıla və enerji sahəsində əməkdaşlıq aşağı salına bilər. Rusiya yaxın perspektivdə bu istiqamətdə addımlar atacağı istisna deyil. Hazırda Rusiya çalışır ki, Ermənistanla Azərbaycan arasında nə Çərçivə nə də, sülh müqaviləsi bağlansı .Bu xüsusda Ermənistana dəstək verəcəyi mesajlarını verir. Bu dəstəyi NATO -da axtarmaqla səhv etdiyi vurğulanır. Təhlükəsizlik təminatı və digər vədlər verir. Bununla, Yerevanı Qərblə əlaqələrini aşağı salmağa çağırır.

Regionda siyasi roseslər çox ciddi şəkildə inkişaf edir. COP 29 kimi Azərbaycanla Ermənistan arasında Çərçivə sazişinin bağlanması ümidləri var idi. Görünür, müəyyən mərkəzlər bunun qarşısını almağa çalışır. Müəyyən dərəcədə nail olublar.

Əgər, rəsmi Bakı Ermənistan konustitusiyanın dəyişməsini gözləyəcəksə, bu vaxt apara bilər. Demək olar ki, N. Paşinyan Azərbaycanın şərtlərini yerinə yetirir. Konustitusiya dəyişikliyinə gedəcəyini elan edib. Bu proses üç il çəkə bilər. Üç ilə N. Paşinyanın hakimiyyətdə qalmasına zəmanət yoxdur. Artıq, Azərbaycan Ermənistandan istədiyini alır. Anklav kəndlərlə bağlı və Zəngəzur yolunun açılmasına da razılıqlar var. Delimitasiya və demarkasiya ilə bağlı məsələlərdə fikir ayrılıqları olmasına baxmayaraq, danışıqlar yolu ilə aradan qalxacaq.

Sülh müqaviləsinin gecikməsi, Ermənistanın ABŞ və Fransa tərəfindən silahlanması ilə nəticələnə bilər. Hazırda ABŞ prosesin dinamikliyinə dəstək verir. Əgər, sülh müqaviləsi bağlanmasa, müharibə ehtimalı yüksək olaraq qalacaq. Bundan faydalanan tək tərəf isə, Rusiyadır.

Məhəmməd Əsədullazadə MCP Başqan müavini

visiontv.az