“Siyasətə giriş var, çıxış yoxdur”
“Siyasətə giriş var, çıxış yoxdur”
21.02.2024 Elbəyi Həsənli Tərəfindən

Süleyman Dəmirəlin məşhur bir fikri var: “Siyasətə giriş var, çıxış yoxdur”. Bugünlərdə bir emalatxanada arkadaşları ilə bir araya gələn Cümhuriyyət Xalq Partiyasının keçmiş başqanı Kamal Kılıçdaroğlu “siyasətə geri dönürsünüzmü” sualına cavab verərkən sayın Dəmirəlin bu fikrini xatırladıb...

Mən indi də o fikirdəyəm ki, Kamal Kılıçdaroğlu Türkiyənin prezidenti seçilsəydi ermənilər hələ də Qarabağda kef edirdi. Bizim demokratlar isə Kamal Kılıçdaroğlunun başına and içirdilər. Əminliklə deyirdilər ki, Kamal Kılıçdaroğlu gələn kimi dünyada demokratiya paradı başlayacaq. 

Hal-hazırda Azərbaycanda Kamal Kılıçdaroğlunun günündə olan o qədər mağmın siyasətçi var ki. Əslində onlar siyasətdən çoxdan getməli idilər. Ancaq gedə bilmirlər. Çünki siyasətdən getməyə çıxış qoymayıblar...

Allah Dəmirələ rəhmət eləsin...

Elbəyi Həsənli

Visiontv.az