Şamaxıda toyda kütləvi zəhərlənmə olub
17.07.2024

Şamaxıda baş verən hadisənin səbəblərinin araşdırılması məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən müvafiq qurumların əməkdaşları ilə birgə müvafiq araşdırmalara başlanılıb.

Qurumdan Visiontv.az-a verilən xəbərə görə, hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün vətəndaşa məxsus həyətyani sahədə təşkil olunmuş toy mərasimində istehlak edilən müxtəlif qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.

Şamaxıda baş verən hadisənin səbəblərinin araşdırılması məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən müvafiq qurumların əməkdaşları ilə birgə müvafiq araşdırmalara başlanılıb.

İlkin ehtimallara əsasən hadisə ev şəraitində hazırlanmış məhsulların istehlakı nəticəsində baş verib. Faktla bağlı araşdırmalar davam etdirilir.

***

08:55

Şamaxıda kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb.

Hadisə Şamaxının Məlikçobanlı kəndində qeydə alınıb.

İlkin məlumata görə, toyda iştirak edən 21 nəfər kəskin zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

10 yaxın sakin təcili tibbi yardım avtomobili ilə, digərləri isə xəstəxanaya özləri gəlib.

Hazırda vəziyyətlərinin normal oldugu bildirilir. İlkin ehtimala görə, zəhərlənməyə toyda verilən tort səbəb olub.

Faktla bağlı araşdırma aparılır.