Ruslar "Azovstal"ı fosfor bombası ilə vurdu
15.05.2022

Rusiya ordusu ilk dəfə olaraq Ukraynanın Mariupol şəhərindəki “Azovstal” zavodunun üzərinə fosfor və ya yandırıcı bombalar atıb.

Bunu şəhər merinin müşaviri Petr Andryuşenko deyib.

“Mariupol, “Azovstal”. Yenə - göydən, dənizdən, yerdən. Dünən Rusiya hərbçiləri ilk dəfə olaraq Mariupolun müdafiəçilərinə qarşı yandırıcı və ya fosfor bombalarından istifadə ediblər”, - deyə Andryuşenko bildirib.

visiontv.az