Rusiya və Ukrayna yenidən İstanbul razılaşmasına qayıda bilər
Rusiya və Ukrayna yenidən İstanbul razılaşmasına qayıda bilər
09.09.2024 Məhəmməd Əsədullazadə Tərəfindən

Prezident Vladimir Putin 2022-ci ilin mart və aprel aylarında İstanbulda Ukrayna ilə aparılan danışıqlarda Böyük Britaniyanın Sabiq Baş nazirinin pozduğunu qeyd edir.

Ukraynanın Kurska hücumu, Qərbin artan hərbi yardımları Kremlin danışıqlar masasına qayıtmağa məcbur edir. Kiyevdə danışıqlarda maraqlı görünür. Tərəflər döyüş meydanında üstünlük əldə edərək, danışıqlarda daha çox güzəştə nail olmaği planlaşdırır. Amma, tərəflərin bir-biri üzərində üstünlük əldə etməsi görsənmir.

Qərb ele bir idarə edilən müharibə yaradıb ki, tərəflər bir-birlərinin ərazilərini işğal edib. Müharibə hər iki dövlətin ərazisində davam edərək, bir-birlərini işğalçı adlandırır.

Bu ilin axırına kimi müharibə öz şiddəti ilə davam edəcək. 40 mindən artıq hərbiçi Böyük Britaniyada təlim keçir. Bir o qədər də Almaniya və Polşada təlimlər alır. Ukrayna üçün cevik və xüsusi təyinatlı briqadalar NATO tərəfindən hazırlanir. Qərbdə təlim keçmiş briqadalar döyüşə göndəriləndən sonra, Rusiya üçün çətinliklə üzləşəcək. Hətta, Rusiyanın Belqorad vilayətinə hücumlar edilərək bu vilayət Ukraynanin nəzarətinə keçə bilər.

Kreml NATO-nun planın bildiyi üçün atəşkəsə və İstanbul razılaşmasına qayıtmaq üçün mesajlar verir. Qərb isə, bununla razılaşmir. Ukrayna hakimiyyəti isə, Qərb tərəfindən verilən tapşırıqlara uyğun olaraq siyasət aparır.

Məhəmməd Əsədullazadə

visiontv.az