Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
18.04.2024

Rusiya səfiri Almaniya XİN-ə çağırılıb

Rusiya  səfiri  Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb.

Visiontv.az  AFP-yə istinadən xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.

Bildirilib ki, Rusiyanın səfiri Sergey Neçayev Bavariyada Rusiya Federasiyasının xeyrinə casusluqda şübhəli bilinən iki nəfərin saxlanması ilə əlaqədar Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb.

visiontv.az