Rusiya mediası var gücüylə təbliğat aparır ki, Ermənistan Azərbaycan və Türkiyənin əsarəti altına düşəcək
Rusiya mediası var gücüylə təbliğat aparır ki, Ermənistan Azərbaycan və Türkiyənin əsarəti altına düşəcək
16.04.2024 Elxan Şahinoğlu Tərəfindən

Rusiya mediası var gücüylə təbliğat aparır ki, Rusiyadan uzaqlaşmağa çalışan Ermənistan Azərbaycan və Türkiyənin əsarəti altına düşəcək.

Bu yolla erməni cəmiyyətini qorxutmağa çalışırlar. Paşinyanı satqınlıqda ittiham edən Rusiya mediası və Kreml təbliğatçılarının əslində qorxusu başqadır. Onlar anlayırlar ki, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmağa müvəffəq olarsa, bu Rusiyanın Cənubi Qafqazda təsir imkanlarını azaldacaq. Bu baş verməsin deyə, erməni cəmiyyəti üçün qorxu sseenariləri yazır və təbliğatını aparırlar. Halbuki, Ermnistanın Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırması, sülh sazişini imzalaması regional əməkdaşlığa yol açacaq ki, bundan hamı faydalanacaq. Rusiyada isə keçmiş illərdə olduğu kimi düşüncə tərzi dəyişməyib, qonşu bölgələrə daima hakim olmalıdırlar. Bunlar keçmişdə qaldı, Cənubi Qafqaz, o cümlədən Mərkəzi Asiya fərqli yola üstünlük verir.

Elxan Şahinoğlu

visiontv.az