Rusiya ermənilərin Dağlıq Qarabağda qalmasına, yenidən möhkəmlənməsinə çalışır - Elbəy Həsənli
Rusiya ermənilərin Dağlıq Qarabağda qalmasına, yenidən möhkəmlənməsinə çalışır - Elbəy Həsənli
23.11.2020 Elbəyi Həsənli Tərəfindən

Aydın görünür ki, Rusiya ermənilərin Dağlıq Qarabağda qalmasına, yenidən möhkəmlənməsinə çalışır. Niyəsi də bəllidir. Rusiya Dağlıq Qarabağdakı erməni azlıq üzərindən Azərbaycana təzyiq göstərmək imkanını özündə saxlamaq istəyir. O da var ki, ermənilər Dağlıq Qarabağı tərk etsə, Rusiya sülhmərmalılarına ela bir ehtiyac qalmayacaq...

Azərbaycan olaraq biz nə istəyirik? Biz ermənilərin Dağlıq Qarabağda yenidən möhkəmlənməsini arzulamırıq. Bizim üçün ən ideal variant odur ki, ermənilər özləri ərazini tərk etsinlər.

İstənilən halda əvvəlki qədər erməni Dağlıq Qarabağda yaşamayacaq. Bu, sadəcə, mümkün deyil. Son müharibədən sonra ermənilərin həmin ərazilərdə rahat yşamaq imkanı bir dəfəlik qeyb oldu.

Hələlik on minlərlə erməni Azərbaycan hökumətinin nəzarətindən kənarda olan ərazilərdə yaşayır. Onların gələcəyi qeyri-müəyyən olaraq qalır.

Azərbaycan üçün ən önəmli məsələ Dağlıq Qarabağın statusu ilə bağlıdır. Çalışmalıyıq ki, bu məsələ ümumiyyətlə, gündəmə gəlməsin. Dağlıq Qarabağdakı ərazilər rayon statusunda Azərbaycanın tərkibinə qatılsın. Bu hədəfə rəsmən nail olmayana qədər Qarabağ savaşının bitdiyini söyləmək yanlış olardı. Diplomatik cəhbədə savaş davam edir...

Visiontv.az