"Röyters" : Qlobal siyasətin "axsaq ördəy"i...
"Röyters" : Qlobal siyasətin "axsaq ördəy"i...
25.07.2024 Bəybala Mirzəyev Tərəfindən

“Reuters” kimi nüfuzlu agentlik yaxın günlərdə Parisdə başlanacaq Yay Olimpiya Oyunları ilə bağlı məqalə dərc edib və necə deyərlər, Makronu rüsvay edib.

Belə ki, məqalədə deyilir ki, Fransa prezidenti bu Olimpiadanın onun siyasi mövqeyini daha da möhkəmləndirəcəyinə ümid edirdi, lakin son parlament seçkilərinin nəticələri Makronun beynəlxalq nüfuzuna kölgə saldı.

"Röyters" fransız tarixçisi Patrik Veil`dən sitat gətirərək belə yazıb: “Makron bu Oyunları imperator kimi qarşılayacağını gözləyirdi. Ancaq indi o, axsaq ördəkdir”.

Bir sözlə, “Reuters” agentliyi Makronun Yay Olimpiya Oyunları ilə bağlı piar planlarını uğursuz siyasi avantüra kimi dəyərləndirib.

P.S.

Son günlər Makronun onsuz da dərdi çox idi, “Reuters”in bu məqaləsi isə Makrona lap ağır zərbə oldu.

Bəybala Mirzəyev

visiontv.az