Rəisinin ildə bir milyon mənzil tikmək vədi ləğv edilir
22.10.2024

Mənzillərdən yalnız 20 min ədədi tamamlana bilib.

“Dünyaye İqtisad” qəzeti “Məclis” Araşdırmalar Mərkəzinin hesabatına istinadən xəbər verir ki, “Milli Mənzil Hərəkatı Planı”nına əsasən bu günə qədər cəmi 20 min yaşayış mənzili son işlərin yekunlaşdırılması mərhələsinə çatıb. Halbuki bu plana görə, İbrahim Rəisi hökuməti ildə bir milyon ev tikməli idi.

“Khabaronline” saytı yazıb ki, “ən azı 2 milyon dövlət tərəfindən tikilmiş mənzil ucuz qiymətə evsiz ailələrə çatdırılmalı idi”. Amma İran Parlamentinin araşdırma bölməsinin hesabatına görə, bu ilin avqustuna qədər “Milli Mənzil Hərəkatı planından cəmi 20.000 yaşayış binası tamamlanıb”.

Xatırladaq ki, bu ilin may ayında İranın o zamankı yollar və şəhərsalma nazirinin müavini Arslan Maliki 2 milyon 500 min yaşayış binasının tikildiyini iddia edərək ilin sonuna qədər müraciət edənlərə “Milli mənzil” evlərinin təhvil veriləcəyini açıqlamışdı. 

visiontv.az