Qafqazda sülhdən danışılan gün müharibə başlayır
17.03.2025

ABŞ-ın yenidən Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesinə qoşulması şübhəsiz ki, müsbət bir inkişafdır deyə bilərik. Prezident Trampın Milli Təhlükəsizlik üzrə müşaviri Mayk Valts Cənubi Qafqazdakı münaqişənin sona çatmalı olduğunu bildirməklə qalmadı, fikrini birbaşa Bakıya zəng edərək Prezident İlham Əliyevin köməkçisi Hacıyevlə danışanda da deyib.

Bura qədər hər şey yaxşıdır, lakin  amerikalı yüksək rütbəli məmurun zəngi özüylə bir gündə üç dəfə Ermənistanın sərhədimizə hücumu ilə sinxron təşkil etdi. 
Baş verən proses dərhal üç nəticəni müşahidə etməyə imkan verdi: 
1. Ermənistan təkzib və dezo yaydı.
2. Yenidən birgəmüşahidə məsələsini İrəvan qabartdı.
3. Atəşkəs iki ölkə sərhədinin düz cənub xətti istiqamətində yaşandı.
Maraqlıdır, Azərbaycan birgəmüşahidəyə niyə razı olmayıb?
Cavab: Çünki hələ 2022-ci ildə Azərbaycanın mövqeyini nəzərə almadan İrəvan NATO zabitlərinin şinelinmi soyunduraraq AB-nin Müşahidə Missiyası adı altında bölgəyə soxdu və casus şəbəkəsi qurdu. Bu prosesdən etibarən, rəsmi Bakı İrəvanı bir daha ciddiyə almadı. 
İkincisi, atəşkəs pozulan zona xəritədə hara düşür:
Cavab: Düz Zəngəzura.
Davam edirik: bu yaxınlarda Caliber onlayn dərgisi yazdı ki, apreldə Ermənistan müharibəyə hazırlaşır. Aydındır ki, insayder məlumatları, cəbhə bölgəsində müşahidə olunan silahlanmalar, ordu toplanması və yeni qurğularla təchizat bundan xəbər verir. 
Çünki biz daha öncə eyni müşahidə və nəticəni 2020-ci ilin 44 günlük müharibəsində, 13 sentyabr 2022-ci ildə və 2023-cü ildə  Qarabağda başlayan antiterror əməliyyatlarında da gördük. 
Deməli, o coğrafiyada əslində Ermənistan:
1. münaqişəyə səbəb olmaq üşün əvvəlcə boz zonalar yaratmağa çalışır
2. Gərginliyi aktual saxlamaqla müharibəyə səbəb olmağa çalışır
3. Bunun üçün zəmin hazırlayır. 
Bəs əsas sual niyə indi?
Ermənistanda və dünyada çoxu güman edir ki, İranın nüvə obyektləri vurulacaq, bu da İranı İsrail və ABŞ ilə hərbi qarşıdurmaya cəlb edəcək və bu, İrəvan üçün əlverişli vəziyyət yaradacaq.
Nə üçün əlverişli vəziyyət?
Cavab: Revanş üçün. 
Maraqlıdır, bəs bizim cavabımızı niyə indidən ölçmürlər ki? 
Azərbaycan belə olduqda İsraillə əlaqələrindən istifadə edərək ABŞ-ın seyrçi qalmasına nail olsa və  Ermənistaın öz təcavüzünü qabaqlayıcı tədbir kimi minimallaşdıraraq, Ermənistanın hərbi obyektlərinə məqsədli zərbələr endirsə necə?
Məqsəd: Zəngəzur dəhlizini alsa, necə?
Bu daha reallıq deyilmi?
Amma hazırda Bakının rəsmi gündəmi nədir?  Azərbaycan Ermənistanı Konstitusiyasına dəyişiklik etməyə çağırır,  Lakin cənab Mayk Valtsın bəyanatı və zəngindən aydın olur ki, çünki ABŞ Cənubi Qafqaza sülhün bərqərar olması məqsədilə qayıdır. Prezident Trampın Milli Təhlükəsizlik müşaviri Mayk Valtsın mesajı çox aydındır: “Cənubi Qafqazdakı münaqişə sona çatmalıdır.” Bu, əla bir mesajdır - aydın, birbaşa və yanlış anlaşılmaya yer qoymur.
Onda bu mesajı Bakıda danışıqda deyibsə, açıqlama da varsa, onlayn dünyada mesajın o biri tərəfi niyə özünü kar kimi aparır?
Bu, ABŞ-ın Ermənistana, hansı ki, sülhə imkan yaratmamağa çalışır, xəbərdarlığıdır.
ABŞ regiona stabilləşdirici qüvvə kimi qayıdır, münaqişələrin qarşısını almaq və sazişin imzalanmasını təşviq etmək məqsədi güdür. Şübhəsiz ki, bu qəti mesaj Ermənistanı müharibədən çəkindirməkdənsə, nəticəyə aparacaq savaşa sürükləyir kimi görünür.  Yoxsa niyə gündəlikdə sülh termini olmuşkən, Mayk Valtsın Bakıya zəngi fonunda ermənilər belə təxirbata getdilər.
Eyni qaydada, güya Ermənistan saziş imzalandıqdan sonra Azərbaycana qarşı beynəlxalq məhkəmələrdəki iddialarını geri çəkməyə razılaşıb. Əsas sual: Bəs sülh hanı? Axı o üfüqdə belə görünmür. 
Və ya Ermənistan niyə düşünür ki, Azərbaycan Bakıda məhkəmələri keçirilən separatçı, terrorçuları qaytarmalıdır və ondan sonra öz xalqına niyə sülh bağladığını izah etmək asan olar. 
Nağıdır  bu. Bakı niyə əlində olan üstünlükləri İrəvana verməlidir ki. 
Ermənistan deyir ki, son iki məsələyə görə güzəştlərə getdi və Bakı ilə sazişin imzalanma yeri və tarixi barədə razılaşmağa hazırdır. Eyni zamanda, Azərbaycan deyir ki, imzalanma yeri və tarixi barədə razılaşma hələ tezdir. Bakı Ermənistanın konstitusiyasına dəyişiklik edilməsini sazişin imzalanması üçün əsas şərt kimi qoyur.
Bakə bunu nə üşün belə edir? Gələcək nəsillərə revanşist ölkə saxlamasın və indidən öhdəlik götürsün deyə. Yoxsa sülh müqaviləsi müvəqqəti olmaqla da qalacaq axı. 
Cənab Valtsın Bakıya zəng edərək sazişin yekunlaşdırılmalı olduğunu bildirməsi, prosesin tamamlanması normalda müqavilənin imzalanması deməkdir. Bu, ABŞ-ın Prezident Trampın müşavirindən gələn çox konstruktiv və düzgün diplomatik istiqamətdir. O, Hacıyevlə söhbətində həmçinin qeyd edib ki, “biz regionu daha təhlükəsiz və firavan etmək üçün birlikdə çalışacağıq.” Bu o deməkdir ki, hazırkı ABŞ administrasiyası regionu təhlükəsiz və firavan etməkdə öz rolunu görür ki, bu da təbii olaraq ABŞ-ın ciddi diplomatik və siyasi iştirakını nəzərdə tutur. Bəs bu fikri şantaj edən və ABŞ mesajı ilə paralel prosesi baltalayan kimlərdir? Yaxud da kimlər növbəti dəfə İrəvanda yad ölkələrin sifarişinə oynamağa başladı? Hara baxaq, Tehrana, Moskvaya, yoxsa Parisə?
Əslində cavablar bizim üçün aydındır. 

Əziz Əlibəyli  - Sosial Tədqiqatlar Mərkəzininin Media və Kommunikasiya Departamentinin rəhbəri

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8