Prezidentin "İsgəndər M" raketlərini gündəmə gətirməsi Moskvaya Qarabağda daimi qalmayacaqsan mesajıdır
Prezidentin "İsgəndər M" raketlərini gündəmə gətirməsi Moskvaya Qarabağda daimi qalmayacaqsan mesajıdır
13.04.2021 Məhəmməd Əsədullazadə Tərəfindən

Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında erməni separatizminin fəaliyyəti, burada silahlı dəstələrin mövcudluğu birbaşa 10 noyabr Bəyannaməsinə ziddir. Çünki, Bəyannamədə nə statusdan, nə də silahlı erməni birləşmələrinin qalıcılığından ibarət hərhansı bənd yoxdur. Mövcud vəziyyətin davam etməsi, gələcək perspektivdə böhrana yol açması şübhəsizdir.

Qarabağın ermənilər məskunlaşdığı ərazidə  Kreml burada faktiki idarəçiliyi özü həyata keçiriir. Demək olar ki, Rusiya dövlət idarələrinin Xankəndində yerli bölməsi var. Hətta Rusiya XİN bürosu fəaliyyət göstərir. Məhz Azərbaycanın qanuni ərazisində Rusiya nazirliklərinin yerli təşkilatlarının olması ilə bağlı hərhansı Azərbaycanla müqaviləsi yoxdur. Rusiya sadəcə Qarabağda sülhməramlı birliklərdən ibarət olmalıdır. Belə olan təqdirdə, Rusiya ermənilərdən burada öz siyasi məqsədləri üçün zəmin hazırlayır. 
Birinci mərhələni keçərək rus dilini buarada "ikinci dil" kimi rəmiləşdirdilər. Növbəti mərhələdə Rusiya Türkiyə və Azərbaycanla əlaqələrdə problemlər yarandıqda Rusiya XİN -nin Xankəndindəki yerli şöbəsi ermənilərə Rusiya pasportu paylaya bilər. Hələki, biz orada Rusiya dövlət idaərlərinin yerli bölmələrinin nə üçün təsis edildiyini və nə ilə məşğul olduğunu bilmirik. 

Faktiki olaraq Ermənistanın Qarabağda ermənilər üzərində heç bir siyasi-hərbi mövqeyi yoxdur. Rusiya süıhməramlı qüvvələri faktiki olaraq burada yerli hakimiyyət təsis ediblər. Xankəndində Arayik Arutunyan, Vitali Balasanayan sadəcə fiqurdu. Qeyd edim ki, silahlı erməni birləşmələrinin lojistikasını Rusiya tərəfi həyata keçirir.  Qarabağda silahlı erməni birləşmələrinin təchizatı və silahlarla təmini Ermənistan həyata keçirirsə və bunu Laçın dəhlizi vasitəsilə təmin edirsə, Azərbaycan konkret hərəkətə keçməlidir.  Ermənistanın Azərbaycan ərazisində silahlı erməni birləşmələrinin saxlaması və buna Rusiya sülhməramlı qüvvələri şərait yaradırsa bunun qarşısı alınmalıdır. Ermənistan tərəfi rəsmən qeyd edir ki, onun silahlı erməni birləşmələri ilə əlaqələri yoxdur. Münaqişə tərəfi bunu deyirsə, niyədə Qarabağda qanunsuz silahlı erməni birləşmələri qalmalıdır?! Demək, onları burada təchizatla təmin edən və qoruyan Rusiya sülhmərmlı qüvvələridir. Və bununla tam aydın olur ki, Rusiyanın buradakı fəaliyyəti sülhü və təhlükəsizliyi deyil, silahlı erməni birləşmələrini saxlmaqla birbaşa deastiblizasiyaya xidmət edir. 

Azərbaycanın  əsas tələbi erməni silahlı birləşmələrinin  ləğvi olmalıdır. 10 noyabr birgə Bəyannəmədə erməni silahlı birlikləri çıxaraq, xüsusilə ermənilərin yaşadığı ərazidə və yerinə sülhməramlı qüvvələr yerləşir. Amma, əksində olaraq  Rusiya sülhməramlı qüvvələr silahlı erməni birləşmələri ilə birgə fəaliyyət göstirirlər. 

Azərbaycan tərəfi hazırda ciddi şəkildə bununla bağlı narahatlıqları var. Məhz prezident İlham Əliyev tərəfindən bu məsələlərə ehyam vurulur və  " İsgəndər M" raketlərini gündəmə gətirməsi Moskvaya burada daima qalmaycaqsan meajıdır. 

Məhəmməd Əsədullazadə
MCP sədrinin muavini

Visiontv.az