Prezident: Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur
07.05.2024

Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur.

Bu fikri  Azərbaycan Prezidenti İlham Əliyev mayın 7-də Slovakiyanın Baş naziri Robert Fitso ilə mətbuata bəyanatında deyib.

Robert Fitsonu Slovakiyanın Baş naziri vəzifəsinə yenidən seçilməsi münasibətilə bir daha təbrik edən dövlət başçısı bildirib ki, onun Baş nazir vəzifəsində yenidən fəaliyyətə başlamasından dərhal sonra konkret addımlar atılmışdır. “Yüksəkvəzifəli şəxslər Slovakiyadan Azərbaycana və Azərbaycandan Slovakiyaya səfərlər etmişlər və bu gün biz hörmətli qonağımızı qəbul edirik”, – deyə dövlətbaşçısı vurğulayıb.

visiontv.az