Çox mühüm bəyanatdır:
- Regionda geosiyasi durumu bir çox aspektlərdən dəyişmişik;
- İndiyə qədər strukturlaşdırılmış stereotip geosiyasi təfəkkür arxa plana keçir;
- Türkiyə və Rusiya artıq antoqonist rəqiblər deyil, səmimi və yaxın tərəfdaşlardır;
- Rusiya, Türkiyə və Azərbaycan yeni təhlükəsizlik və qarşılıqlı etimad sistemi qurulmaqdadır;
- Türkiyə, İran, Rusiya və Azərbaycan arasında həm üçtərəfli, həm də ikitərəfli formatlarda fəal əməkdaşlıq var;
- Gün gələcək, biz artıq dördtərəfli formatda da fəaliyyət göstərəcəyik;
- Ermənistan regionda yad cisim olmamalı və işğala son qoymalı, Azərbaycan ilə, Türkiyə ilə münasibətləri normallaşdırmalıdır. Bu, onlara yalnız fayda gətirə bilər;
- Bütün kommunikasiyalar açılacaq, onlar inteqrasiyalı enerji, nəqliyyat layihələrinin bir hissəsi, ümumi təhlükəsizlik sisteminin bir hissəsi olacaqlar.
Visiontv.az