Pezeşkian iki müavin yerinə birini təyin etdi
14.04.2025

İran Prezidenti Məsud Pezeşkian Möhsün İsmailini strateji və parlament məsələləri üzrə vitse-prezident təyin edib.

Bu barədə İran mediası məlumat yayıb.

O, parlamentin müşaviri vəzifəsində Şəhram Dabiri, strateji müşaviri vəzifəsində isə Məhəmməd Cavad Zərifi əvəzləyib.

1965-ci ildə Tehranda anadan olan Möhsün İsmaili  hüquqşünas, professor və Tehran Universitetinin Hüquq və Siyasi Elmlər Fakültəsinin professorudur.

Bundan əvvəl müxtəlif yüksək vəzifələrdə çalışan və İran parlamentinin üzvü olan yeni müavin, Dəbiri və Zərifdən fərqli olaraq mühafizəkar siyasi cərəyana yaxın şəxs sayılır.

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8