Parlaq və güclü saçların sirri AÇIQLANDI
15.07.2024

Parlaq və sağlam saçlara sahib olmağın bir çox yolu var. Canlı, tökülməyən, dolğun saçlar üçün bəzi qaydalara riayət etmək lazımdır. Nyu Yorkda yaşayan dermatoloq Dr. Çarlz Puza sağlam saçlara sahib olmağın bəzi sirlərini açıqlayıb.

BAKU.WS xarici KİV-ə istinadən həmin açıqlamanı təqdim edir:

Hər zaman eyni şampun istifadə etməyin

Saçınızın da dəri kimi hər zaman qayğıya ehtiyacı var. Sağlam saçlara sahib olmaq üçün ilk növbədə düzgün qidalanmaq lazımdır. Şampun, saç kremi, saç maskası və s. kimi məhsullarla saçınıza qulluq edə bilərsiniz.

Saçlarınızı soyuq hava feni ilə qurudun

Puza saçınızı qurutmağın ən sağlam yolunun soyuq hava fen istifadə etmək olduğunu vurğulayır. “Saçlarınızı isti hava ilə qurutmağı dayandırın və çox uzun müddət nəm qalmasına icazə verməyin. "Həmçinin saç baxımında heç vaxt yaş saçları daramayın, çünki bu saç tellərinə zərər verə bilər” – deyə dermotoloq bildirib.

Sağlam saçlara sahib olmaq üçün bunları edin

Saç sağlamlığı üçün vacib olan protein, vitaminlər (xüsusən B vitamini), minerallar (məsələn, dəmir, sink) və sağlam yağları ehtiva edən pəhriz rejimi vacibdir. Saçınızı tez-tez yuymaq, isti su istifadə etmək saçınıza zərər verə bilər.

Saçlarınızı mümkün qədər zərərsiz vasitələrlə yuyun

Saç növünüzə uyğun şampun və saç baxım məhsulları seçmək vacibdir. Kimyəvi tərkibi az olan təbii məhsullar saç sağlamlığını qorumağa kömək edə bilər. Saçların ucları müntəzəm olaraq kəsilərsə, daha sağlam qalacaq. Bundan əlavə, saç dərinizə müntəzəm olaraq masaj etmək qan dövranını artıraraq saçın böyüməsini təşviq edir.

Məsələn, saçınızı çox tez-tez daramaq və ya sərt saç modelləri istifadə etmək saç köklərinə zərər verə bilər. Mümkünsə, təbii formalarda saxlayın və ya yumşaq materiallardan olan aksessuarlardan istifadə edin. Stres saç sağlamlığına mənfi təsir göstərə bilər. Stresinizi azaltmaq üçün yoga, meditasiya və ya digər rahatlama üsullarını sınaya bilərsiniz.

Saçınızı günəşin zərərli təsirindən qorumaq üçün şapka və ya saç qoruyucu vasitələrdən istifadə edə bilərsiniz.

Bədəninizin ümumi sağlamlığı üçün olduğu kimi, saçlarınızın sağlamlığı üçün də kifayət qədər su içmək vacibdir. Saç sağlamlığı ümumi sağlamlığınızın göstəricisi olduğundan, ümumi sağlamlıq və yaxşı həyat tərzi də saçınızın vəziyyətini müəyyən edə bilər.

Visiontv.az