Niyazi Bayramov şəhid valideynləri ilə görüşüb
Niyazi Bayramov şəhid valideynləri ilə görüşüb
17.05.2022 MEDİA Tərəfindən

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Vətən müharibəsi şəhidləri İsmayılzadə Müşfiq Xanlar oğlunun və Əliyev Cavid Samir oğlunun valideynlərini qəbul edib. 

Görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Memarlıq və tikinti şöbəsinin müdiri-Baş memar Elxan Məmmədov, Şəhər təsərrüfatı şöbəsinin müdiri Kamran Məhərrəmov, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ayxan Babayev iştirak ediblər. 

Niyazi Bayramov şəhid ataları ilə söhbət zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərk, canlarını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçılarına göstərilən dövlət qayğısından bəhs edib. Bildirilib ki, onları narahat edən məsələlərin qısa müddətdə həlli ilə bağlı müvafiq addımlar atılır,  sosial rifahının, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mütəmadi işlər həyata keçirilir.
Görüş zamanı şəhid ataları Xanlar İsmayılzadə və Samir Əliyev onları naharat edən bir sıra məsələləri dilə gətiriblər. Mürəciətlərinin bəziləri yerindəcə həll olunub, digərləri isə qeydiyyata alınaraq, aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

Görüşün sonunda şəhid ataları onlara göstərilən hərtərəfli diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya  şəhid ailələri adından təşəkkürlərini bildiriblər.

Binnət İsmayılov
Visiontv.az