Nikolun sevimli xəritəsi...
Nikolun sevimli xəritəsi...
11.04.2024 Bəybala Mirzəyev Tərəfindən

Adam son günlər bütün görüşlərə, müzakirələrə məhz əlində tutduğu hazırkı Ermənistanın bax bu simvolik xəritəsi ilə gedir. Opponentləri də buna görə ona şəbədə qoşur, lağ edirlər.

Lakin Paşinyan Fransanın, İranın, ABŞ-ın, Hindistanın, Rusiyanın bütün oyunlarına və pozuculuqlarına, siyasi rəqiblərinin isə lağlağılarına və təzyiqlərinə rəğmən bizim 8 kəndimizi dinc yolla qaytarsa, delimitasiya və demarkasiyanı adam balası kimi aparıb ölkəsinin təhlükəsizliyini zəmanət altına alsa və 29,8 kvadrat kilometrlik Ermənistanı davakar ölkədən dinc və sülhsevər ölkəyə ("tarixi Ermənistandan real Ermənistan"a) çevirməyi bacarsa, tarixə də məhz bu fotoşəkillə düşəcək. Yetər ki, ənənəvi erməni hiyləgərliyini bir kənara qoysun.

Bəybala Mirzəyev

visiontv.az