Muzeydə Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan tədbir keçirilib
08.05.2024

8 may 2024-cü ildə Milli Azərbaycan Tarixi Muzeyində Milli Azərbaycan Tarixi Muzeyində YAP “Z.Tağıyev küçəsi, 4” Ərazi Partiya Təşkilatının təşəbbüsü ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan tədbir keçirilib

 “Azərbaycan” himni səsləndirildikdən sonra Ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
“Z.Tağıyev küçəsi, 4” Ərazi Partiya Təşkilatının sədri, t.ü.f.d., dosent Bəhmən Kərimov “Müstəqil Azərbaycanın qurucusu və memarı”, muzeyin elmi katibi, t.ü.f.d., dosent Sevinc Nəsirova “Heydər Əliyev və Azərbaycan mədəniyyəti”, “Arxeologiya” elmi-fond şöbəsinin müdiri, t.ü.f.d., dosent Nasir Quluzadə “Heydər Əliyevin birinci hakimiyyəti dövründə Azərbaycanın mədəni tarixi irsinin bərpası və qorunması”, “Z.Tağıyev küçəsi, 4” Ərazi Partiya Təşkilatının sədr müavini Pərvanə Əzimova “Müstəqil Azərbaycan dövləti Heydər Əliyevin xalqımıza ən böyük töhfəsi və əmanətidir”, “Fondların elmi uçotu və təsnifatı” şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Aygün Məmmədova “Heydər Əliyev Fondunda nümayiş edilən numizmatik materiallar” və Vətən Müharibəsi Fondunun mütəxəssisi Gülnar Fərhadovanın məruzələrində xalqın unudulmaz liderinin həyatı, fəaliyyəti və xatirəsi ilə əlaqədar məlumatlar işıqlandırılmış, müasir dövrümüzdə onun irsinin tədqiqi və təbliği barədə qənaətlər səsləndirilmişdir.

visiontv.az