Milli fəallar istintaq idarəsinə çağırılıb
17.04.2024

Güney azərbaycanlı milli-mədəni fəallar Salar Tahir Əfşar və Süleyman Məhəmmədi (Aydın) istintaq idarəsinə çağırılıblar.

Bu barədə onların yaxınları məlumat verib.

Bildirilib ki, fəallara göndərilən elektron çağırış məktubunda onlardan 5 gün ərzində Tehranın 33-cü bölgəsinin Ümumi və İnqilab Prokurorluğunun 5-ci təhqiqat şöbəsinə getmələri istənilib.

Salar Tahir Əfşarın “milli təhlükəsizliyi pozmaq üçün toplaşmaq və əlbir olmaq”da ittiham olunub və bununla müdafiə çıxışı edəcək.

Hər iki fəal bundan əvvəl dinc mədəni fəaliyyətlərinə görə bir neçə dəfə həbs ediliblər.

Qeyd edək ki, təhlükəsizlik məmurları hər iki fəalı fevralın 6-da həbs ediblər.

Onlar 28 fevralda 800 milyon tümən girov qarşılığında müvəqqəti azadlığa buraxılıblar.

visiontv.az