Mikayıl Cabbarov İsrailin Xarici İşlər Nazirliyinin baş direktoru ilə görüşüb
25.07.2024

İqtisadiyyat naziri Mikayıl Cabbarov İsrailin Xarici İşlər Nazirliyinin baş direktoru Ceykob Blitşteyn ilə görüşüb.

Visiontv.az xəbər verir ki, bununla bağlı M.Cabbarov rəsmi "Facebook" səhifəsində paylaşım edib.

Paylaşımda bildirilir:

"İsrailin Xarici İşlər Nazirliyinin baş direktoru Ceykob Blitşteyn ilə görüşdə birgə iqtisadi fəaliyyətin potensial sahələrdə genişləndirilməsi ilə bağlı məsələləri nəzərdən keçirdik:

• İsrail şirkətləri ilə birgə investisiya layihələrinin reallaşdırılması;

• İşgüzar dairələr arasında əlaqələrin gücləndirilməsi;

• Ticarət, sənaye, innovasiya və rəqəmsal sahələrdə əməkdaşlığın təşviqi".