"Mən burdayam İlahi"... Xalq şairi Vaqif Səmədoğlu...
"Mən burdayam İlahi"... Xalq şairi Vaqif Səmədoğlu...
05.06.2023 MEDİA Tərəfindən

İyunun 5-i sevilən şair, dramaturq, publisist, ictimai xadim Vaqif Səmədoğlunun doğum günüdür.

Vaqif Səmədoğlu 1939-cu il iyunun 5-də Bakı şəhərində anadan olub. Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında incəsənət redaksiyasının müdiri (1968-1971), "Oğuz eli" qəzetinin baş redaktoru (1992-1994), C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında kino-aktyor teatrının ədəbi hissə müdiri vəzifəsində (1982-1985) işləyib.

Poeziya, teatr və dramaturgiya sahəsində də ciddi fəaliyyət göstərib. "Yeddi şeir" adlı ilk mətbu əsəri 1963-cü ildə "Azərbaycan" jurnalında dərc olunub.

2000-ci ildə Azərbaycanın Milli Məclisinə deputat seçilib.

Vaqif Səmədoğlu 2015-ci il yanvarın 28-də Bakıda dünyasını dəyişib. 29 yanvarda Birinci Fəxri xiyabanda dəfn olunub.

Visiontv.az