Məhəmməd Əlini bu gənc aktyor canlandıracaq
15.07.2024

Əfsanəvi boksçu Məhəmməd Əlini canlandıracaq aktyor bəlli olub.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, 2016-cı ildə vəfat edən idmançının həyatı serial olacaq və onu Ceyln Best canlandıracaq.

Ceyln Best "All American: Homecoming", "Magnum P.I." və "American Horror Stories" kimi layihələrlə məşhurlaşıb. 

Ekran işi "The Greatest" adlanır.

"The Greatest"də Əlinin qələbələrindən və məğlubiyyətlərindən bəhs olunacaq.

Visiontv.az