Makron hesab edir ki, Ermənistanı silahlandırması ilə sülhə mane olacaq
Makron hesab edir ki, Ermənistanı silahlandırması ilə sülhə mane olacaq
22.07.2024 Məhəmməd Əsədullazadə Tərəfindən

Fransa hərbi nəqliyyat təyyarələri bu ölkəyə silahlar daşıyır. Halbuki Fransa Ukraynaya silahlar göndərməli idi, nəinki Ermənistana. Fransanın təhlükəsizliyinə təhdid Ukraynada Rusiyanın apardığı işğal müharibəsidir. Ukraynaynın Lvov şəhərindən Strasburqa məsafə iki min kilometrə yaxındır.

Fransa prezidenti E. Makron hesab edir ki, Ermənistanı silahlandırması ilə sülhə mane olacaq. Türkiyənin rolunu regionda zəifləməsinə gətirib çıxaracaq. Nəticədə Fransa Cənubi Qafqazda güclənəcək. Mərkəzi Asiyaya açılacaq. Qeyd edim ki. Ermənistan 30 il Rusiyanın Azərbaycana qarşı vəkalət müharibəsinin iştirakçısı oldu. Azərbaycanın 30 il ərazilərini işğalda saxladı. Nəticəsi isə. Ermənistan üçün faciə ilə yekunlaşdi. Eyni ssenarini Fransa ilə oynayır. Ermənistan rəhbərliyi Fransanın regionda Azərbaycana qarşı vəkalət müharibəsində iştirak etməyə sövq edilir. Ermənistan rəhbərliyi Parisin təlimatı ilə sərhəddə hərbi təxribatlara gedərsə, Azərbaycan ildırım sürəti ilə Zəngəzuru nəzarətə almalidir. Bunula, Ermənistanın cənub bölgəsi ilə şimali ilə əlaqəni kəsir. Prosesə Türkiyə də aktiv şəkildə cəlb edilərək, Moskvada prosesdə Azərbaycanı dəstəkləyə bilər. İran isə, Rusiyanın təlimati ilə neytral qala bilər. Çünki, son aylarda NATO nun Ermənistanda fəallığı İranı narahat edir.

N. Paşinyan Fransanın təhriki ilə Azərbaycana qarşı vəkalət müharibəsinə başlasa, alət olsa böyük ərazi itkilərinə məruz qalacaq. ABŞ -da siyasi proseslər sual altındadır. Demek olar ki, ABŞ -ın başı Ukraynaya qarışıb.

Məhəmməd Əsədullazadə

MCP Başqan müavini

visiontv.az