Kürdə batan ata və qızın axtarışı aparılır
13.04.2024

Kürdə batan ata və qızın axtarışı aparılır

FHN-dən  APA-ya verilən xəbərə görə, hadisə rayonun Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində 2 nəfərin batması barədə məlumat daxil olub. 

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Xatırladaq ki, axtarılan şəxslər Zərdab rayon sakini olan ata və 6 yaşlı qızıdır.

visiontv.az