KİV: ABŞ-nin Ukraynaya hərbi yardımı Aİ-nin dəstəyini azalda bilər
23.04.2024

“ABŞ-nin Ukraynaya hərbi yardımı Avropa İttifaqının dəstəyini azalda bilər”.

Visiontv.az  APA-ya istinadən xəbər verir ki, bu barədə yazı “Politico”da nəşr olunub.

Müəllif xatırladır ki, rəsmi Berlinin bir müddət Avrozona ölkələrinə Ukraynaya dəstək verməklə bağlı çağırışına Almaniya, Polşa, Yunanıstan, İspaniya və Niderland cavab verib.

Almaniya adı çəkilən ölkəyə müasir hava hücumundan müdafiə sistemləri göndərməyi öhdəsinə götürüb.

Bu arada, Litvanın xarici işlər naziri Qabrielus Landsbergis Ukraynaya hərbi dəstəyin artırılmasını vacib sayıb. Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen bildirib ki, rəsmi Vaşinqtonun dəstəyi Avrozonanı da Ukrayna tərəfinə hərbi yardımı artırmağa sövq edəcək.

Lakin Avropada elə siyasətçilər var ki,  ABŞ-nin dəstəyindəki artımın  Avropa İttifaqının bu sahədəki səylərini azalda biləcəyini düşünür. İsveçin müdafiə naziri  Pol Yonson da yerli mətbuata bu yardımın Avropanı düşdüyü vəziyyətdən xilas etməyəcəyini bildirib.

Qeyd edək ki,  ABŞ-nin Nümayəndələr Palatası yardımın Ukraynaya düşünüldüyündən daha tez çatdırılacağını bəyan edib.

visiontv.az