“İsveç və Finlandiya ilə üçtərəfli barışıq prosesində hələ atılacaq addımlar var”
“İsveç və Finlandiya ilə üçtərəfli barışıq prosesində hələ atılacaq addımlar var”
28.11.2022 MEDİA Tərəfindən

İsveç və Finlandiyanın NATO üzvlüyü ilə bağlı Türkiyə ilə üçtərəfli razılaşma çərçivəsində atılan addımlarla bağlı Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, "Proses müsbət irəliləyir. Lakin hələ də atılacaq addımlar var" deyə bildirib.

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Çavuşoğlu Türkmənistan Nazirlər Şurası sədrinin müavini və xarici işlər naziri Rəşid Meredov ilə birgə mətbuat konfransından sonra jurnalistlərin suallarını cavablandırıb. 

İsveç və Finlandiyanın NATO üzvlüyü ilə bağlı üçtərəfli razılaşmayla bağlı fikir bildirən Çavuşoğlu, Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək NATO Xarici İşlər Nazirləri toplantısına işarə edərək, "Çox sayda ikitərəfli görüşlər olacaq. Məsələn, Almaniya Xarici İşlər Naziri Annalena Baerbok və Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli ilə görüşəcəyik. İsveç və Finlandiya xarici işlər nazirləri ilə də sabah Buxarestdə üçtərəfli formatda görüşəcəyik” deyə qeyd edib. 

İlahə Əliyeva