İranın paytaxtı Tehranın Gişa bölgəsində yerləşən yaşayış binasına edilən hücum nəticəsində iranlı nüvə alimi ölüb.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı İsrail mətbuatı məlumat yayıb.
Məsələ ilə bağlı İsrail və İran rəsmiləri tərəfindən rəsmi bəyanat verilməyib.
Qeyd edək ki, iyunun 13-dən bəri bir sıra iranlı nüvə alimləri öldürülüb.