İsrail İranda SEPAH-ın əməkdaşını öldürüb
30.04.2024

“Jerusalem Post” xəbər verir ki, İsrail Almaniyada yəhudiləri hədəfə almaqda iştirak etdiyi iddia edilən İranın Tehran şəhərində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) əməkdaşını hədəf alıb və məhv edib.

Məlumata görə, məhv edilən SEPAH terrorçusu Almaniyadakı yəhudi mərkəzlərinə hücum edib. Bununla belə, ilkin təfərrüatlardan başqa, sui-qəsd və ya onun arxasında kimin dayandığına dair əlavə məlumat açıqlanmayıb.

Nə İsrail, nə də İran hökuməti hər iki ölkədə gizli şəkildə fəaliyyət göstərmələri ilə bağlı qeyri-müəyyənlik siyasətinə uyğun olaraq hadisə ilə bağlı heç bir açıqlama verməyib.

“Ynet”-in məlumatına görə Almaniyada iki il əvvəl ölkədə sinaqoqlara hücum cəhdinin arxasında SEPAH-ın dayandığı ehtimal edilirdi. Həmin gecə Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətindəki terror hadisəsi də SEPAH-a bağlı idi.

visiontv.az