İsfahanda "Pezeşkiana ölüm" şüarları səsləndirilib
03.04.2025

İsfahanlılar "Pezeşkiana ölüm" şüarı səsləndirərək Yəzdə gedən su ötürücü xəttini qırıblar.

Yəzdə su nəqli layihəsi prezident Məhəmməd Hatəminin hakimiyyəti dövründə başlayıb və bu məsələnin Məsud Pezeşkiana heç bir dəxli yoxdur.

İran rejimi körfəzdən su çəkmək və ölkənin fars olmayan xalqlarının yaşadığı bölgələrinin sərvətlərini farsların məskunlaşdığı bölgələrin inkişafı üçün xərcləməklə, əslindəı tarixən məskunlaşmanın az olduğu, Yəzd və İsfahan kimi bölgələrdə önəmli infrastruktur qura bilmişdir.

İndi isə Qaşqayların, Ərəblərin, Lurların su payından oğurlanaraq İsfahandan Yəzdə çəkilən bu su boru xətti uğrunda Yəzd və İsfahan kimi iki fars bölgəsinin sakinləri öz aralarında qarşıdurma yaşayırlar.

Belə bir şəraitdə fars irqçiliyi ideologiyasının daşıyıcısı olan müxalifətə bağlı media orqanları Yəzd və İsfahan sakinləri arasında başqa xalqların sərvəti uğrunda gedən mübarizəni hökumətə etiraz kimi qələmə verməyə çalışırlar.

visiontv.az