İranın "The Tehran Times" nəşrinin Azərbaycana qarşı xəritə təxribatı
26.07.2024

"The Tehran Times" qəzeti daha çox erməni kimi danışan İranın Ermənistandakı səfiri Mehdi Sübhanin açıqlamasın yayıb.

Cənab səfir İran ilə Ermənistan arasında 500 milyon dollarlıq silah idxalı ilə bağlı müqavilənin olmasını inkar edib. Ancaq əminəm ki, yaxın günlərdə bu məsələ bütün detalları ilə ortaya çıxacaq...

"The Tehran Times" qəzeti bu iddianın təkzibi ilə bağlı yaydığı informasiyaya belə bir xəritə əlavə edib. Bu xəritənin yozumu odur ki, İran hələ də Dağlıq Qarabağ və 1990-cı illərdə işğal olunmuş qonşu əraziləri erməni torpağı hesab edir...

"The Tehran Times" İranın əsas ingilisdilli nəşrlərindən biridir. Və bu xəritə də təsadüfən ortaya çıxmayıb...

Elbəyi Həsənli

visiontv.az