İranda radiasiyaya qarşı dərmanlar satışa çıxarılır
11.07.2025

Yaxın günlərdə İranda 3 növ yeni dərman, o cümlədən nüvə radiasiyasına qarşı dərmanlar satışa çıxarılacaq.

Bu haqda Səhiyyə Nazirliyinin nümayəndəsi Nazila Yusifi məlumat yayıb.

"Bu dərmanlar lazımi icazələri aındıqdan sonra yaxın həftələrdə istehsalçılar və ya idxalçılar tərəfindən bazara çıxarılacaq",- o bildirib.

Qeyd edək ki, 12 günlük İran-İsrail qarşıdurmasından sonra İranın Atom Enerjisi Təşkilatı İsrailin hücumlarından sonra nüvə radiasiyasının yayılma riskini inkar edib.

visiontv.az