Müxtəlif ittihamlara görə həbsə məhkum edilmiş məzuniyyətdə olan məhbuslar və barələrində cinayət işi açılmış şəxslər hökumətin "Qüds günü" mitinqlərinə cəlb olunublar.
Bu barədə insan haqları təşkilatları məhbuslara istinadən məlumat yayıb.
"Müvəqqəti sərbəst buraxılan məhuslara çağırış məktubu göndərilərək onlardan yaşayış yerlərinə yaxın polis bölmələrinə getmələri və təlimatlara əsasən İsrailə qarşı keçirilən aksiyada iştirak etmələri tələb olunub",- məlumatda bildirilib.
Qeyd edək ki, martın 28-də keçirilən mitinqdə izdiham yaratmaq üçün, hökumət işçiləri, tələbə və məktəblilər, ölkədə dini təhsil alan xarici tələbələr də aksiyaya cəlb olunub.
Xüsusən Qum və Tehranda dini təhsil alan xarici tələbələr də mitinqə aparılıb.
Buku Haram terror təşkilatına yaxın olan niceriyalı tələbələrin isə hökumət mitinqində daha fəal iştirakı sosial media şəbəkəsində ironik müzakirələrə səbəb olub.
visiontv.az