Dünən İran xarici işlər nazirinin müavini Məcid Təxt Rəvançi Moskvada rusiyalı həmkarı Andrey Rudenko ilə görüşərək, iki ölkə arasında siyasi, iqtisadi, mədəni və konsulluq sahələrində əlaqələrin son vəziyyətini müzakirə edib.
Məlumata görə, görüşə İranın Rusiyadakı səfiri Kazım Cəlali də qatılıb.
Qeyd olunub ki, tərəflər iki ölkə xalqının maraqlarına uyğun olaraq layihələrin və əməkdaşlığın əlaqələrin gündəliyində irəliləyişin zəruriliyini vurğulayıblar.
visiontv.az