İran təhlükəsizlik qüvvələri güneyli fəalın evində reyd keçirib
02.12.2023

İranın təhlükəsizlik qüvvələri güneyli fəalın Təbrizdəki atası evində reyd keçirib.

Bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərinin yaydığı məlumata görə, bu gün noyabrın 30-da təhlükəsizlik qüvvələri keçmiş tələbə fəalı Əmir Bədrinin atası evində reyd keçirib, fəalın cib telefonunu müsadirə ediblər.

Təhlükəsizlik qüvvələri milli fəalı gələcək günlərdə dindirilmək üçün kəşfiyyat idarəsinə çağıracaqlarını deyiblər.

Təhlükəsizlik qüvvələrinin səhər saat 7 radələrində məhkəmə orderi göstərmədən milli fəalın atasının evə daxil olması ailə üzvlərində narahatlıq yaradıb.

Kəşfiyyat agentlərinin milli fəalın evində reyd keçirməsinin səbəbi haqqında məlumat yoxdur.

Əmir Bədri Təbriz Universitetinin metallurgiya ixtisasında təhsil alıb və təhsil zamanı tələbə fəalı olaraq fəaliyyət göstərib.

visiontv.az