"İran-Pakistan qaz borusu xətini dəstəkləmirik"- ABŞ Dövlət Departamenti
27.03.2024

ABŞ Dövlət Departamentinin spikeri İran və Pakistan arasında qaz borusu xətinin sanksiyaları göz ardına vurulmaqla tikiltidiy barədə xəbərdarlıq edib.

“Biz daima və hamıya tövsiyə edirik ki, İranla ticarət bizim tərəfimizdən rekasiya və sanksiyalar təhlükəsi ilə qarşılana bilər. 

Ona görə də bu məsələni dəqqiliklə bilməyi hamına tövsiyə edirk. 

Biz bu boru xəttinin tikilşinin davam etdirilməsinə qarşıyıq” Metyu Miller deyib.

Qeyd edək ki, Pakistan rəsmiləri bu barədə ziddiyətli fikirlər bildirir. 

Belə ki, Pakistanın neft naziri Müsəddiq Məlik İrandan qaz ötürücü boru xətti proyektinin tamamlanamsı məqsədi ilə İslamabadın ABŞ-dan sanksiya güzəşti almaq niyyətində olduğunu deyib.

Lakin ölkənin XİN sözçüsü Zəhra Bəluç qaz idxalı üçün Amerikanın icazə verməsinə ehtiyac olmadığını bildirib. 

Xatırladaq ki, İslamabad və Tehran təxminən 1995-ci ildən iki ölkə arasında qaz borusunun çəkilməsi üçün danışıqlara başlayıblar. Lakin Pakistanın sanksiyalar tətbiq olunacağını düşündüyündən proyektin icrası yubadılıb.

visiontv.az