Çinin xarici işlər naziri Vanq Yinin Birləşmiş Ərəb Əmirliklərinə son səfəri zamanı Fars körfəzində yerləşən mübahisəli 3 ada ilə bağlı BƏƏ-nin mövqeyini dəstəkləməsi İranın etirazı ilə qarşılaşıb.
Bu haqda İran XİN-nin sözçüsü İsmayıl Bəqai bəyanat yayıb.
O, BƏƏ-nin Kiçik Tunb, Böyük Tunb və Əbu Musa adalarına iddiasını əsassız adlandıran XİN sözçüsü, adı çəkilən adaların İranın ayrılmaz hissəsi olduğunu deyib və Çinin məsələ ilə bağlı mövqeyini tənqid edib.
Bununla eyni vaxtda İran mediası da rəsmi Pekinin yanaşmasını İrana qarşı saymamazlıq kimi dəyərləndirib, Tehranın buna qarşı ciddi mövqe nümayiş etdirməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, Çin xarici işlər naziri Vanq Yin 12-13 dekabr tarixlərində Əbi-Dabidə BƏƏ-li həmkarı Abdullah bin Zayid al-i Nəhyan ilə görüşündən sonra verdiyi açıqlamada İranla mübahisəli adalarla bağlı Əbi-Dabini dəstəklədiyini bəyan edib.
Adı çəkilən adaları BƏƏ-ə məxsus oluğunu bildirən çinli nazir, məsələini BMT Nizamnaməsinə və beynəlxalq hüquqa uyğun olaraq ikitərəfli danışıqlar yolu ilə həll etmək üçün dinc səylərə üstünlük verilməsinin tərəfdarı olduğunu qeyd edib.
visiontv.az