İnsanlar kimi ölkələr də çalışmalıdırlar ki, yaramaz imici ilə tanınmasınlar…
İnsanlar kimi ölkələr də çalışmalıdırlar ki, yaramaz imici ilə tanınmasınlar…
16.04.2024 Bəybala Mirzəyev Tərəfindən

Fransa son 300 ildə dünyanın çeşidli bölgələrində bu və ya digər xalqlara qarşı o qədər murdar, alçaq əməllərə yol verib ki, həmin əməllər “bumeranq effekti” ilə indi onun özünə qayıdır.

Və budur, Paris Olimpiadası potensial terror təhlükəsi ilə üzləşib. Belə ki, Paris 2024 Yay Olimpiya Oyunlarının açılış mərasimində bir sıra ölkələr (Rusiya, İran) və ya İŞİD kimi təşkilatlar tərəfindən terror aktının törədiləcəyi ehtimal olunur. Ona görə də, əgər terror təhlükəsi yüksək olarsa, açılış mərasiminin yalnız B və C variantları icra oluna bilər.

Yəni ki, təhlükə həddindən artıq yüksək hesab olunarsa, o zaman “Paris-2024” Yay Olimpiya Oyunlarının açılış mərasiminin təntənəli, izdihamlı hissələri ixtisar olunacaq və mərasim ya Trokadero meydanı ilə məhdudlaşacaq, yadaki “Stade de France” stadionunda keçiriləcək.

Şəkilin açıqlaması yoxdur.

Yeri gəlmişkən, açılış mərasiminin A variantının Sena çayında yarım milyon tamaşaçının iştirakı ilə olduqca izdihamlı formada keçiriləcəyi bildirilirdi. Lakin terror təhlükəsi bu variantın ləğv edilməsini qaçılmaz edir.

Bu baxımdan Fransa prezidenti Emmanuel Makronun Yay Olimpiya Oyunlarının nəticələrindən gözləntilərinin doğrulması ehtimalı da olduqca azdır. Bu Oyunlar Fransaya əlavə nüfuz qazandırmaq əvəzinə, əksinə, onun ciddi şəkildə kəskin imic böhranı ilə üzləşməsinə səbəb ola bilər.

Bu arada Paris əhalisi də dərin narahatlıq hissi keçirməkdədir. Ona görə də, “Paris-2024”-ə az qalsa da, paytaxt sakinlərinin bir çoxu bu olimpiadanın yüksək səviyyədə baş tutacağına inamsızlıqla yanaşır. Elə aparılan sosioloji sorğuların nəticələri də onu göstərir ki, hazırda fransızların yalnız 55 faizi Olimpiya və Paralimpiya Oyunları kimi beynəlxalq tədbirlərin təşkili üçün Fransanın münasib ölkə olduğunu düşünür.

Beləliklə, özünü bütün dünyaya “sivilizasiyaların mərkəzi”, “mədəniyyət paytaxtı”, “demokratiya beşiyi” kimi sırıyan Fransa Respublikası öz murdar əməllərinin ucbatından indi birdənə Olimpiadanı da normal və təhlükəsiz şəkildə keçirmək iqtidarında deyil.

Başqa sözlə desək, Fransa əkdiklərini biçir. Tarix boyu müxtəlif xalqlara müstəmləkə, soyqırımı, repressiya, terror vəhşəti yaşadan bu ölkə indi özü də terrorla təhdid olunur. Bu, tarixi ədalətin təcəllası deməkdir. Lakin Makron kimi mənəvi korlar çətin ki, bu incə həqiqəti anlamış olsun.

Bəybala Mirzəyev

visiontv.az