Azərbaycanın sabiq Baş prokuroru, ədliyyə naziri, Ədalət Partiyasına sədri İlyas İsmayılov 87 yaşında vəfat edib.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib.
İlyas İsmayılov bir müddət əvvəl Mərkəzi Kliniki Xəstəxanın reanimasiya şöbəsinə yerləşdirilmişdi.
Qeyd edək ki, İlyas İsmayılov 1985-1990-cı illərdə Respublika prokuroru, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub. 2001-ci ildən Ədalət Partiyasına sədrlik edib.